Almaniyalı cinah oyunçusu Kərim Adeyemi karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Korrekt.az xəbər verir ki, transfer insayderi Fabrizio Romanonun yaydığı məlumata görə, Adeyemi şəxsi şərtlər üzrə “Barselona” ilə razılıq əldə edib və yalnız Kataloniya klubuna keçmək istəyir.
Bildirilib ki, futbolçu bu qərarını “Borussiya Dortmund” rəhbərliyinə də çatdırıb. Hazırda “Barselona” tərəfindən Almaniya klubuna rəsmi transfer təklifi təqdim olunub.
Qeyd edək ki, Adeyeminin “Borussiya Dortmund”la müqaviləsinin müddəti cəmi bir ildən sonra başa çatır. Alman futbolçunun yeni müqavilə imzalamaq niyyətində olmadığı vurğulanır.
Mənbənin iddiasına görə, “Barselona” transferi yaxın vaxtlarda yekunlaşdıracağına inanır.





















