image-img-20260516-wa0027backend

Ağstafalı şəhid və qazi övladları üçün  ekskursiya təşkil olunub – FOTOLAR 

image-ads-728x90

2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına uyğun olaraq həyata keçirilən maarifləndirici və sosial-mədəni tədbir “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu, Ağstafa rayonu üzrə Gənclər və İdman sektoru, Ağstafa “Gənclər Evi” sosial xidmət müəssisəsi ilə birgə təşkil olunub.

Ağstafa RİH başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Lalə Eyyubova çıxış edərək, Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında göstərmiş olduğu şücaətə toxunaraq, ərazi bütövlüyümüzün bərpa olunmasında şəhid və qazilərimizin fədakarlıqlarını yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələrinə və qazilərə qayğı göstərilməsi daim diqqət mərkəzindədir. O, şəhid və qazi ailələrinin qayğıları ilə maraqlanmağın, habelə onları narahat edən məsələlərin yüksək səviyyədə həll edilməsinin hər birimizin vətəndaşlıq və vəzifə borcu olduğunu söyləyib.

Daha sonra çıxış edən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev bildirilib ki, Keşikçidağ yalnız tarixi və arxeoloji baxımdan deyil, eyni zamanda milli-mənəvi dəyərlərin yaşadıldığı mühüm mədəni məkanlardan biridir.

İştirakçılar ekskursiya çərçivəsində Azərbaycan xalqının milli yaddaşında və mədəni irs sistemində xüsusi yer tutan qoruğun ərazisində təsis olunmuş “İlham Əliyev adına Zirvə” barədə, eləcə də zəngin tarixi-mədəni irsi, qədim yaşayış məskənləri, qayaüstü təsvirləri və arxeoloji abidələri ilə tanış olublar.

Həmçinin uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif əyləncəli və interaktiv proqramlar keçirilib.

Diqqətə çatdırılıb ki, ekskursiyanın əsas məqsədi ailə institutunun cəmiyyət həyatındakı mühüm rolunun təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması, həmçinin şəhid və qazi ailələrinin üzvlərinə mənəvi dəstəyin göstərilməsi olmuşdur.

image-img-20260516-wa0031image-img-20260516-wa0030image-img-20260516-wa0029image-img-20260516-wa0028image-img-20260516-wa0027image-img-20260516-wa0026image-img-20260516-wa0025

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki