image-1backend

Aleksandr Lukaşenko: NATO Ukraynadakı müharibəyə müdaxilə etsə, nüvə müharibəsi olacaq

image-ads-728x90

NATO-nun Ukraynadakı müdaxiləsi qlobal nüvə münaqişəsinə səbəb ola bilər
Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, NATO-nun Ukrayna ətrafında gedən proseslərdə iştirakı hazırda çox təhlükəlidir.

Korrekt.az xəbər verir ki, onun fikrincə, Alyansın iştirakı təkcə münaqişənin eskalasiyasına deyil, həm də qlobal nüvə münaqişəsinə səbəb ola bilər.

Lukaşenko həmçinin bildirib ki, Belarus Ukrayna ilə müharibə istəmir, çünki ölkə ərazisinə hücumlar baş verərsə, son dərəcə həssas olacaq.

Onun sözlərinə görə, Belarusun əsas istehsal, logistika və həyat təminatı obyektləri hədəfə alına bilər. Lukaşenko həmçinin qeyd edib ki, Ukrayna silahlı qüvvələri artıq “Belarus ərazisində 500 hədəfi qeyd edib”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki