DÇ-2026-da 1/16 final oyunları keçirilir.
Korrekt.az xəbər verir ki, bu gün beşqat dünya çempionu Braziliya millisi meydana çıxıb. Bakı vaxtı ilə saat 21:00-da başlayan görüşdə “sambaçılar” Yaponiya ilə üz-üzə gəlib. Matç Braziliyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər görüşdə isə dördqat dünya çempionu olan Almaniya yığması Paraqvayla qarşılaşıb. Matçın əsas vaxtında tərəflər hərəyə 1 dəfə fərqləniblər. Əlavə vaxtda qapılara qol vurulmayıb və belədə, qalibi penaltilər seriyası müəyyənləşdirib. Burada daha dəqiq oynayan Paraqvay millisi qələbə qazanıb. Beləcə, Almaniya yığması mundialla 1/16 finalda vidalaşıb.
Afrikanın ən güclü komandası Mərakeş də sensasiyaya imza atıb. Afrikalılar Niderland millisini penaltilər seriyasında məğlub edərək yarımfinala yüksəliblər.
DÇ-2026
1/16 final
29 iyun
Braziliya – Yaponiya – 2:1
Qollar: Kayşu Sano, 29 (0:1), Kazemiro, 56 (1:1), Qabriel Martinelli, 90+6 (2:1)
30 iyun
Almaniya – Paraqvay – 1:1, penaltilər seriyası: 3:4
Qollar: Xulio Ensiso, 42 (0:1), Kay Havertz, 56 (1:1)





















