Kevin Medinanın ardınca daha bir önəmli futbolçu “Qarabağ”ı tərk edir.
Xəbər verdiyimiz kimi, Leandro Andrade 2022-ci top qovduğu Azərbaycanı başqa ölkəyə dəyişmək qərarına gəlib.
Həmin ölkənin adı isə hər nə qədər qəribə səslənsə də, Ukraynadır.
Kabo-Verdeli futbolçu məhz daha çox pul qazanmaq niyyəti ilə müharibə şəraitində olan ölkəyə yollanmağa razılıq verib.
Həmin klubun adı “Polessye”dir.
Ötən mövsümün yekunlarına əsasın çempionatı 3-cü pillədə başa vuraraq Konfrans Liqasında iştirak etmək hüququ qazanan Jitomir təmsilçisi Avropada Leandronun zəngin avrokubok təcrübəsindən yararlanmağı düşünür.
“Polessye” həm Andrade, həm də “Qarabağ”la bütün detalları razılaşdırıb.sportinfo





















