Bu gün İranın birinci vitse-prezidenti Məhəmmədrza Arif ABŞ-nin Tehrandakı Şərif Texnologiya Universitetinə bunker deşən bombalarla hücum etdiyini açıqlayıb.
Korrekt.az xəbər verir ki, Arif “X” hesabında paylaşım edərək hücumu ABŞ prezidenti Donald Trampın “dəlilik və cəhalətinin simvolu” adlandırıb.
Arif paylaşımında qeyd edib: “Şərif Universitetinə bunker partladıcı bomba ilə hücum Trampın dəlilik və cəhalətinin simvoludur. O, başa düşmür ki, İran biliyi bombalarla məhv ediləcək betonda deyil; əsl bunker professorlarımızın və elitalarımızın iradəsidir. Tarixdə heç bir barbarlıq elmi iranlılardan ala bilməyib. Elm bizim ruhumuzda kök salıb və bu bunker dağıdıla bilməz”.





















