image-1backend

Arzuman Muradlı: “ABŞ-ın İranda mümkün quru əməliyyatı böyük itkilərlə nəticələnə bilər”

image-ads-728x90

” ABŞ-ın İranda mümkün quru əməliyyatına başlaması hər an baş verə bilər.Belə bir əməliyyat uğursuzluqla nəticələnə bilər.”- bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq bildirib ki, İranın geniş coğrafi ərazidə yerləşməsi ABŞ ordusu üçün ciddi çətinliklər yarada bilər.

O qeyd edib ki, Vaşinqtonun İrana qarşı keçmişdə həyata keçirdiyi əməliyyat da ağır itkilərlə yadda qalıb.

“Hazırkı reallıq əvvəlkindən tamamilə fərqlidir. İran həm Çindən, həm də Rusiyadan ciddi dəstək alır. Eyni zamanda rəsmi rəqəmlərə görə, ölkənin 60 faizdən artıq raket ehtiyatı mövcuddur. Bundan əlavə, İran Hörmüz boğazında söz sahibidir ki, bu da ona mühüm strateji üstünlük qazandırır”, – deyə Arzuman Muradlı vurğulayıb.

Politoloqun sözlərinə görə, İran rəhbərliyi irəli sürdüyü şərtlərə sadiq qalacağını bəyan edir və bu mövqe ABŞ-ın maraqları ilə üst-üstə düşmür.

“Amma reallıq budur ki, indiki mərhələdə bu qarşıdurmada üstünlük İranın tərəfindədir”, – deyə politoloq əlavə edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki