Avropa İttifaqı regional sabitlik, enerji və əlaqələr sahəsində fəaliyyətini genişləndirdiyi bir vaxtda Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Cənubi Qafqaz turuna Bakıda başlayıb.
Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen iyilun 1-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. O, Cənubi Qafqaza iki günlük səfərinə başlayaraq, enerji təhlükəsizliyini, nəqliyyat əlaqələrini və regional sabitliyi gücləndirməyə çalışan Avropa İttifaqının bölgəyə artan strateji marağını vurğulayıb.
Bakı xanım Fon der Lyayenin Ermənistana səfərindən əvvəlki regional turunun ilk dayanacağıdır. Danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında Azərbaycan-Ermənistan sülh prosesinə, nəqliyyat əlaqələrinə, enerji əməkdaşlığına və Aİ ilə Azərbaycan arasında daha geniş strateji tərəfdaşlığa diqqət yetirilib.
Fon der Lyayen Azərbaycanı 27 üzvdən ibarət blok üçün əsas tərəfdaş adlandırıb və geosiyasi qeyri-müəyyənlik fonunda Avropanın enerji təhlükəsizliyinin dəstəklənməsində Bakının rolunu vurğulayıb.
Qeyd olunub ki, Aİ Cənubi Qafqazda layihələr üçün 200 milyon avroyadək qrant ayıracaq və bu, 2 milyard avroyadək dövlət və özəl investisiyaları cəlb etmək potensialına malikdir.
AŞ Prezidenti Fon der Lyayen, həmçinin minalardan təmizləmə, səhiyyə, kənd yerlərinin inkişafı, kiçik və orta müəssisələrin dəstəklənməsi daxil olmaqla, sülh quruculuğu təşəbbüslərini dəstəkləmək üçün 20 milyon avroluq proqram elan edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə təkbətək və geniştərkibdə görüşlərdən sonra mətbuata açıqlamasında Prezident İlham Əliyev bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal, dinamik dialoqun olduğunu qeyd edib. Ölkə başçısı Azərbaycanın Avropa Komissiyası ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır.
Hazırda Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Dövlətimizin başçısı öz çıxışında vurğulayıb ki, ticarətin 70 faizdən artığı məhz Azərbaycanın payına düşür. Bu gün Azərbaycanın qaz ixracının yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür. Belə ki, Avropa İttifaqının 10 üzvü Azərbaycandan qaz idxal edir və bu coğrafiyanın genişləndirilməsi üçün imkanlar vardır.
Görüş zamanı xüsusi vurğulanıb ki, enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Azərbaycan bir çox siyasi, diplomatik səylər göstərmişdir və maliyyə yatırımları etmişdir ki, müvafiq infrastruktur yaradılsın və bizim neft-qaz resurslarımız Avropaya yönlənsin. Cənub Qaz Dəhlizi bizim birgə fəaliyyətimizin nəticəsidir”.
Bu gün Brüssel enerji, nəqliyyat, iqtisadi dayanıqlılıq və regional sabitlik sahələrində əməkdaşlığı dərinləşdirməyə çalışdığı bir vaxtda, Aİ Cənubi Qafqaz və Türkiyə ilə əlaqələri gücləndirmək üzrə daha geniş strategiyaya başlayıb. Azərbaycana bu strategiyanın həyata keçirilməsində mühüm yer ayrılıb. Xesusilə Aİ-na üzv dövlətlərin enerji təhlükəsizliyinin təminatında ölkəmizin rolu üsusi vurğulanıb.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru





















