image-1backend

Avropa İttifaqından Çin şirkətlərinə ağır zərbə: Sanksiya TƏTBİQ EDİLİR

image-ads-728x90

Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəklədiyi iddia olunan Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. Bu barədə Politico nəşri məlumat yayıb.

Korrekt.az xəbər verir ki,  sanksiyalar dörd Çin şirkətini əhatə edəcək. Rəsmilərin bildirdiyinə əsasən, bu şirkətlər Rusiya ordusuna kimyəvi maddələr və hücum dronlarının istehsalında istifadə olunan komponentlər tədarük etməklə Moskvanın hərbi fəaliyyətinə dəstək verir.

Bununla yanaşı, qeyd olunur ki, belə bir addım Brüssel ilə Pekin arasında münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər. Çin tərəfi artıq xəbərdarlıq edib ki, Aİ tərəfindən əlavə ticarət məhdudiyyətləri tətbiq olunacağı təqdirdə, Pekin öz maraqlarını qorumaq üçün qəti cavab tədbirləri görəcək.

Mənbələrin məlumatına görə, sözügedən sanksiyalar iyunun 15-də Lüksemburqda keçiriləcək Aİ xarici işlər nazirlərinin iclasında qəbul edilə biləcək “mini sanksiya paketi”nin tərkib hissəsi olacaq. Bu paket əsasən fərdi məhdudiyyətləri əhatə edəcək.

Eyni zamanda, Avropa İttifaqı daha geniş və sektoral yanaşmanı ehtiva edən 21-ci sanksiya paketi üzərində də işləyir. Həmin paketin yay aylarının sonuna doğru qəbul ediləcəyi gözlənilir.

Sənəddə Çin şirkətləri ilə yanaşı, Rusiyanın enerji satışına və dəniz daşımalarına kömək etdiyi iddia olunan digər xarici şirkətlər də hədəf alınır. Belə ki, Birləşmiş Ərəb Əmirliklərində yerləşən beş, Ermənistan və gürcüstanda yerləşəm  fəaliyyət göstərən bir şirkətə qarşı da sanksiyalar nəzərdə tutulur.

Politico sanksiyaya məruz qalacaq şirkətlərin adlarını açıqlamayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki