Korrekt.az xəbər verir ki, ABŞ İran üzərində vurulan “F-15E” qırıcı təyyarəsinin ikinci heyət üzvünün xilasetmə əməliyyatına elit hərbi xüsusi təyinatlı qüvvələrini cəlb edib.
Bildirilib ki, prosesdə yüzlərlə hərbi və kəşfiyyat işçisi, o cümlədən “Delta Force” və “Navy Seals” üzvləri iştirak edib.
Xatırladaq ki, ikinəfərlik “F-15E” qırıcısı aprelin 3-də İranın hava məkanında vurulub.
“Axios” portalının məlumatına əsasən, katapult etdikdən sonra hər iki heyət üzvü – pilot və şturman-operatorla uğurla əlaqəyə girə bilib.
Portalın mənbələri bildirib ki, təyyarənin qəzaya uğramasından bir neçə saat sonra pilot xilas edilib.
Axtarış-xilasetmə tədbirləri zamanı İran tərəfi əməliyyatda iştirak edən ABŞ-yə məxsus “Black Hawk” helikopterlərindən birini də vurub – heyət üzvləri yaralansalar da, vertolyot ərazidən uzaqlaşa bilib.





















