ABŞ Prezidenti Trampın administrasiyası Hörmüz boğazı bölgəsində İranla bir neçə gün, hətta bir neçə həftə davam edə biləcək qarşılıqlı zərbələr ehtimalına hazırlaşır.
Korrekt.az xəbər verir ki, bu barədə “Axios” portalı amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, münaqişənin sonrakı gedişatı Tehranın addımlarından, ilk növbədə kommersiya gəmilərinə qarşı mümkün hücumlarından asılı olacaq.
Ağ Ev hesab edir ki, ABŞ eskalasiyanı daha da artırmaq imkanlarına malikdir, dünya bazarında neft qiymətlərinin kəskin sıçrayış riskləri isə yüzlərlə tankerin Hörmüz boğazından uğurla keçməsindən sonra azalıb.
“Axios”un həmsöhbətləri həm də iddia edirlər ki, gərginliyin yeni mərhələsinə səbəb İran rəhbərliyinin bir hissəsinin ABŞ ilə əldə olunmuş qarşılıqlı Anlaşma Memorandumunun nəticələrindən narazı qalmasıdır.





















