image-1backend

“Axios” qəzeti : İsrail Livana hücumları dayandırır

image-ads-728x90

“Axios” qəzeti Rubio ilə söhbətdən sonra İsraildən Livana hücumları dayandırmaq tələbi barədə məlumat verib.
Axios jurnalisti Barak Ravid iyunun 1-də bildirib ki, ABŞ dövlət katibi Marko Rubionun vasitəçiliyi ilə aparılan danışıqlardan sonra İsrail Livana hücumlarını dayandırmalıdır.

Korrekt.az xəbər verir ki, Ravid X sosial şəbəkəsində yazıb: “Rubio son 48 saat ərzində Livan prezidenti Cozef Aun və İsrailin baş naziri Benyamin Netanyahu ilə əlaqə saxlayaraq yeni atəşkəs təşəbbüsünü irəli sürməyə çalışıb”.

Vaşinqtonun təklif etdiyi plana əsasən, birinci mərhələdə Hizbullah İsrailə hücumları dayandırmalı, İsrail tərəfi isə Beyruta hücumlar da daxil olmaqla, hərbi əməliyyatları genişləndirməkdən çəkinməlidir. Jurnalistin fikrincə, bu addım hərbi əməliyyatların tədricən dayandırılması üçün şərait yarada bilər.

Bu arada, ABŞ rəsmisi Ravidiyə bildirib ki, təşəbbüslə bağlı razılığa gəlmək cəhdləri hələlik nəticə verməyib. Onun sözlərinə görə, Hizbullah adından danışıqlar aparan Livan Parlamentinin sədri Nəbih Berrinin mövqeyi razılığa doğru irəliləyişin qarşısını alıb.

Elə həmin gün “The Jerusalem Post” qəzeti əlavə edib ki, İsrail rəsmiləri Vaşinqtona müraciət edərək İsrail Müdafiə Qüvvələrinin (İMQ) Beyrutdakı əməliyyatlarının genişləndirilməsini təsdiqləməyi xahiş ediblər. Mənbələrə görə, nəzərəçarpacaq irəliləyişin olmaması nəzərə alınmaqla, İsrail ABŞ-dan müsbət cavab gözləyir.

Mayın 31-də Netanyahu İsrail ordusuna Hizbullaha qarşı əməliyyatını genişləndirməyi və hərəkatın əraziləri üzərində nəzarəti gücləndirməyi əmr etdi. O, həmçinin son bir ay ərzində İsrail əsgərlərinin 700 Hizbullah döyüşçüsünü öldürdüyünü bildirdi. Daha sonra Livan Səhiyyə Nazirliyi 2 martdan bəri İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayının 3412-yə çatdığını bildirdi.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki