image-beynelxalq-bankbackend

Azərbaycan Beynəlxalq Bankında kredit tələsi: İllik 23,9 faizlə…

image-ads-728x90

Son illər televiziya kanallarında, radiolarda və sosial şəbəkələrdə bank reklamlarının sayı sürətlə artıb. Xüsusilə istehlak kreditləri ilə bağlı yayımlanan reklamlarda diqqət çəkən əsas məqam “9,9 faizlə kredit” vədləridir. Lakin bu reklamlar real şərtləri nə dərəcədə əks etdirir?

Məsələni araşdırmaq üçün bir neçə bankla əlaqə saxlayaraq kredit şərtləri ilə maraqlandıq.

İlk olaraq Unibanka müraciət etdik. Bank nümayəndəsi bildirdi ki, hazırda nağd kreditlər illik 23 faiz dərəcəsi ilə təqdim olunur.

Daha sonra Rabitəbankdan əldə etdiyimiz məlumata görə, kreditlərin illik faiz dərəcəsi 22,9 faiz təşkil edir.

Araşdırma zamanı Azərbaycan Beynəlxalq Bankından verilən məlumat isə diqqət çəkib. Bank nümayəndəsi kreditlərin 4 il müddətinə və illik 23,9 faizlə təqdim edildiyini bildirib.

Beləliklə, aparılan kiçik araşdırma göstərir ki, reklam çarxlarında səsləndirilən “9,9 faiz” ifadəsi ilə bankların faktiki kredit faizləri arasında ciddi fərq mövcuddur. Mütəxəssislərin fikrincə, reklamlarda qeyd olunan aşağı faizlər müəyyən xüsusi şərtlərə aid ola və ya əlavə komissiyalar nəzərə alınmadan təqdim edilə bilər.

Müşahidələr onu da göstərir ki, bankların böyük əksəriyyəti kreditləri bir-birinə yaxın faiz dərəcələri ilə təklif edir. Bu səbəbdən vətəndaşların kredit götürməzdən əvvəl yalnız reklamlara deyil, müqavilənin bütün şərtlərinə və yekun illik faiz yükünə diqqət yetirməsi vacib hesab olunur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki