image-1backend

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu otellərlə niyə müqavilə bağlamayıb? -İlginc səbəb

image-ads-728x90

Yay mövsümünün yaxınlaşması ilə insanların istirahət planları da aktuallaşır. Bir çox vətəndaş illik məzuniyyət hüququndan istifadə edərək ailəsi ilə birlikdə dincəlmək, istirahət mərkəzlərinə və turizm bölgələrinə üz tutmaq istəyir.

Dünyanın bir çox ölkəsində işçilərin istirahətinin təşkili və güzəştli istirahət imkanlarının yaradılmasında həmkarlar ittifaqları mühüm rol oynayır. Məhz bu qurumların dəstəyi ilə minlərlə işçi müxtəlif istirahət məkanlarına göndərilir.

Azərbaycanda da əksər dövlət və özəl qurumlarda həmkarlar təşkilatları fəaliyyət göstərir. 2025-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının vətəndaşların müxtəlif bölgələrdə yerləşən hotellərdə və istirahət mərkəzlərində dincəlməsinə şərait yaratması cəmiyyət tərəfindən müsbət qarşılanmışdı. Bu təşəbbüs minlərlə insanın daha əlverişli şərtlərlə istirahət etməsinə imkan vermişdi.

Lakin bu il vəziyyət dəyişib. İddialara görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bir sıra hotellərlə bağladığı müqavilələri ləğv edib. Nəticədə minlərlə vətəndaşın əvvəlcədən qurduğu istirahət planları pozulub.

Bundan əlavə, vətəndaşlar qurumun elektron sistemində də problemlərin yarandığını bildirirlər. Onların sözlərinə görə, sistem vasitəsilə istirahət paketləri əldə etmək demək olar ki, mümkünsüzləşib. Hazırda seçim imkanlarının əsasən Konfederasiyanın balansında olan məhdud sayda obyektlərlə məhdudlaşdığı qeyd edilir. Bu obyektlərdə də yerlərin əldə olunmasının olduqca çətin olduğu vurğulanır.

Məsələ ilə bağlı narazılıq edən şəxslər iddia edirlər ki, istirahət imkanlarından daha çox müəyyən çevrəyə yaxın olan şəxslər yararlana bilir. Lakin bu iddialarla bağlı rəsmi açıqlama verilməyib.

Diqqət çəkən məqamlardan biri də odur ki, yaranmış narazılıqlara baxmayaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hələ də məsələ ilə bağlı ictimaiyyətə ətraflı izahat verməyib. Vətəndaşlar isə istirahət proqramının niyə dayandırıldığı, hotellərlə müqavilələrin hansı səbəbdən ləğv edildiyi və problemin nə vaxt həll olunacağı ilə bağlı rəsmi mövqe gözləyirlər.

Mənbəmiz iddia edir ki, 2025-ci ildə otellərlə bağlanan müqavilələrə görə ödəniləcək vəsaiti əldə edə bilməyən otellər, 2026-cı müqavilə bağlamaqdan imtina edib.  Mövzunu diqqətdə saxlayacayıq.Vətəninfo.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki