image-uvysm9zt3shphaptbackend

Azərbaycana səfər etmək istəyirəm – Alen Simonyan

image-ads-728x90

“Dəvət olunarsa və fürsət yaranarsa,  Azərbaycana  səfər edəcəyəm və bütün qonşu ölkələrin nümayəndələrini Ermənistana dəvət edəcəyəm.”  Korrekt.az xəbər verir ki, bunu iyunun 1-də İctimai Televiziyada  Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib.

“Bir sirri aça bilərəm,  bu yaxınlarda Azərbaycanda forum keçirildi və Azərbaycanlı həmkarım məni Azərbaycana səfərə dəvət etdi. Amma təəssüf ki, seçki kampaniyası səbəbindən forumun işində iştirak edə bilmədim”, – deyə Simonyan qeyd edib.

O əlavə etdi ki, siyasətçilər sülh üçün məsuliyyət daşımalıdırlar.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki