image-1backend

Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi – Foto

image-ads-728x90

Azərbaycanın Xalq artisti, tanınmış aktyor və rejissor Tofiq Mirzəyev vəfat edib.

Korrekt.az xəbər verir ki, sənətkar İsraildə 94 yaşında dünyasını dəyişib. Acı xəbəri Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi sosial şəbəkə hesabında ictimaiyyətlə bölüşüb.

Tofiq Mirzəyev Azərbaycan kino və televiziya sənətində uzun illər ərzində səmərəli fəaliyyəti ilə seçilib. O, “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “İstintaq”, “Təhminə”, “O qızı tapın” və digər ekran əsərlərində canlandırdığı yaddaqalan obrazlarla tamaşaçıların yaddaşında silinməz iz qoyub.

Aktyorluq fəaliyyəti ilə yanaşı, televiziya rejissoru kimi də milli ekran mədəniyyətinin inkişafına mühüm töhfələr verən sənətkar peşəkarlığı ilə hər zaman yüksək qiymətləndirilib.

Qeyd edək ki, Tofiq Mirzəyev 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə “Xalq artisti” fəxri adına, eləcə də “Şöhrət” ordeninə layiq görülmüşdü.

Allah rəhmət eləsin.konkret.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki