Ukrayna ordusu Rusiyanın Nijni Novqorod vilayətində dron hücumları həyata keçirib. Korrekt.az Rusiya mediasına istinadən xəbər verir ki, Kstovodakı Lukoil-Nijeqorodnefteorgsintez neft emalı zavoduna zərbə endirilib.
Yerli ictimai qruplar şəhər üzərində dron uçuşları, partlayışlar və səhər tezdən yanğın baş verdiyini bildiriblər. Hücum səbəbindən Kstovski rayonundakı məktəblilər distant təhsilə keçirilib.
Astra OSINT analitikləri zavodun cənub-qərb hissəsindəki ELOU-AVT qurğusunun vurulduğunu açıqlayıb. ELOU-AVT xam nefti ilkin emal edən və əsas fraksiyalara ayıran əsas qurğudur. Lukoil-Nijeqorodnefteorgsintez zavodu Rusiyanın aparıcı neft emalı obyektlərindən biridir və xüsusilə Moskva bölgəsinin təchizatında mühüm rol oynayır. Xatırladaq ki, bu zavod Lukoil şirkətinin balansındadır. Şirkətin qurucusu və fəxri prezidenti Azərbaycanlı Vahid Ələkbərovdur. Qeyd edək ki, zavodun illik emal gücü təxminən 17 milyon ton neftdir.





















