image-1backend

“Azəriqaz”da kütləvi ixtisar başlayıb: yüzlərlə əməkdaş işsiz qala bilər

image-ads-728x90

“Azəriqaz” İstehsalat Birliyində kütləvi ixtisarlar başlayıb. Bu barədə məlumatı Korrekt.az saytına qurumun əməkdaşları veriblər.

İddialara görə, aparılan ixtisarlar nəticəsində təxminən 700 nəfərin işini itirəcəyi gözlənilir. Bildirilir ki, ixtisarlar əsasən təmir-tikinti sahəsində çalışan işçiləri əhatə edir.

Adının açıqlanmasını istəməyən əməkdaşlardan biri qeyd edib ki, onlar əsasən regionlarda – rayon və kəndlərdə qaz xətlərinin çəkilişi ilə məşğul olurlar:
“Bizə mayın 1-nə qədər vaxt verilib ki, öz ərizəmizlə işdən ayrılaq. Heç bir seçim imkanı təqdim olunmur. İllərdir aşağı maaşla kəndlərdə, qəsəbələrdə qaz çəkilişi işlərini həyata keçiririk. Ən ağır işləri biz görsək də, qərar verənlər bizi nəzərə almadı.”

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mövqeyini öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, yayılan məlumatlar rəsmi qurum tərəfindən hələlik təsdiqlənməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki