image-1backend

Bakıdan Tbilisiyə bu qatarlar gedəcək- FOTOLAR

image-ads-728x90

Bakı-Tbilisi-Bakı reysləri İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan sərnişin qatarı ilə həyata keçiriləcək. Korrekt.az xəbər verir ki, qatarda yataq tipli vaqonlar və restoran var. Ümumilikdə qatarla bir istiqamətə 200-dən çox sərnişinin daşınması nəzərdə tutulub. Qeyd edək ki, 2019-cu ildə Prezident İlham Əliyev bu qatarla tanış olub. Xatırladaq ki, Bakı-Tbilisi-Bakı qatar reysləri ilə sərnişindaşıma mayın 26-dan həyata keçiriləcək. Qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tblisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq. Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq veriləcək. “Azərbaycan Dəmir Yolları”ndan bildirilib ki, ictimaiyyətə qiymətlər və digər məsələlər barədə əlavə məlumat təqdim ediləcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki