image-1backend

Bazarlarda meyvə və tərəvəz ucuzlaşdı: Yeşiyi 1 manat

image-ads-728x90

Havaların istiləşməsi ilə bazarlarda meyvə və tərəvəz məhsullarının qiymətlərində nəzərəçarpacaq ucuzlaşma müşahidə olunur. Satıcıların sözlərinə görə, bəzi məhsulların qiyməti o qədər enib ki, alıcılar ehtiyaclarından artıq alış-veriş edirlər.

Bəs ən çox hansı məhsullar ucuzlaşıb?

Korrekt.az milliaz-a istinadən xəbər verir ki, bazarlarda ən çox ucuzlaşan məhsullar arasında çiyələk, badımcan və bibər yer alır.

Hazırda bəzi satış məntəqələrində çiyələyin bir yeşiyi 1 manata təklif olunur. Badımcanın 3 kilosu 1 manata satıldığı halda, bibərin qiyməti isə növündən və keyfiyyətindən asılı olaraq 30-50 qəpik arasında dəyişir.

Satıcılar bildirirlər ki, mövsümi bolluq məhsulun artmasına, bu isə qiymətlərin enməsinə səbəb olub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki