BƏƏ-də İran hücumları ilə bağlı yalan xəbərlər yaydığına görə 45 nəfər həbs edilib
Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanları Əmirliklər ərazisinə atılan İran raketlərinin ələ keçirilməsini, bu hücumların yaratdığı dağıntıları və yanğınları, eləcə də əhali arasında yaranan panikaları əks etdirən videoları yaydıqlarına görə 45 nəfəri həbs edib.
Korrekt.az xəbər verir ki, bu barədə məlumatı Birləşmiş Ərəb Əmirlikləri yayıb .
Həbs olunanlar arasında yerli sakinlər, Hindistan, Misir, Nepal, Pakistan və Filippin vətəndaşları var. BƏƏ Prokurorluğu onları həm real məlumatları, həm də BƏƏ-də çaxnaşma yarada və daxili vəziyyəti poza biləcək süni intellektdən istifadə edərək yaradılan məzmunu yaymaqda ittiham edir.
BƏƏ-nin Baş prokuroru Həməd Saif əl-Şəmsi, Əmirliklərin WAM xəbər agentliyinə verdiyi açıqlamada, saxlanılan müxtəlif millətlərdən olan vətəndaşların hazırda dindirildiyini təsdiqləyib. O, onların bir ilə qədər həbs cəzası və 100.000 dirhəm cərimə ilə üzləşəcəyini bildirib.





















