image-1backend

Ben-Qvir ABŞ səfərini ləğv etdi: ABŞ viza vermədi

image-ads-728x90

İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Gvir ABŞ-a planlaşdırdığı səfərini viza proseduru ilə bağlı yaranan çətinliklər səbəbindən ləğv edib.

Korrekt.az xəbər verir ki, bu barədə İsrailin Haaretz nəşri məlumat yayıb. Məlumata görə, Ben-Qvir ABŞ-da israilli iş adamı Yaakov Elhararın qızının toy mərasimində iştirak etməyi və bir sıra diplomatik görüşlər keçirməyi planlaşdırırdı.

Xəbərdə bildirilir ki, Ben-Qvir ABŞ vizası almaq üçün müraciət edib. Lakin ABŞ səfirliyi tərəfindən barmaq izi təqdim etmək məqsədilə səfirliyə dəvət olunduqdan sonra nazir səfərini təxirə salmaq qərarına gəlib.

İsrail mətbuatı qeyd edir ki, Ben-Qvir digər hökumət üzvləri kimi diplomatik viza almaq hüququna malikdir. Buna baxmayaraq, ABŞ səfirliyinin ondan barmaq izi tələb etməsi qeyri-adi prosedur kimi qiymətləndirilib.

Ben-Qvirin ofisindən verilən açıqlamada da ABŞ-ın İsraildəki səfirliyinin viza müraciətinin baxılması üçün barmaq izi təqdim edilməsini tələb etdiyi təsdiqlənib.

ABŞ tərəfi isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki