Yaradılış ideyası
İnterra kolleksiyası hazırlanarkən dizaynerlər Yer səthinin müxtəlif relyef formalarından – qabırğalı və hamar səthlərin harmoniyasından ilham alıblar. Unikal mühəndislik həllərinin hazırlanması üç il çəkib.
2026-cı ilin trendləri
2026-cı ildə stilistlər saatı obrazın daha diqqətçəkən elementi etməyi tövsiyə edirlər. Onu üst geyiminin, pencəyin, boğazlı sviterin, köynəyin manjetinin, hətta axşam libasının üzərindən taxmaq dəbdədir.
Belə bir vurğunu isə yalnız keyfiyyətli və zövqlü saat yarada bilər. Məhz buna görə 155 illik tarixə malik məşhur İsveçrə saat və zərgərlik markası “Bernhard H. Mayer”in yeni İnterra kolleksiyası xüsusi diqqət çəkir.
Brendin ustaları avtomatik mexanizmlə işləyən İnterra mexaniki saat kolleksiyasını əl işi ilə hazırlayıblar. Kişi modellərində İsveçrənin “Sellita SW200”, qadın modellərində isə “Sellita SW100” mexanizmlərindən istifadə olunub.
Fərqləndirici xüsusiyyətlər
Eksklüziv “İnterraForma” tikişsiz korpus forması üç il ərzində hazırlanıb. Nəticədə korpus və qulaqcıqlar arasında görünən birləşmələr olmadan vahid, axıcı və fasiləsiz xətt əldə edilib.
Tutqun və cilalanmış səthlərin harmoniyası saatın təbii gözəlliyini, möhkəmliyini və etibarlılığını vurğulayır.
Texniki xüsusiyyətlər
Korpus və qatlanan qıfıllı bilərzik cilalanmış 316L paslanmayan poladdan hazırlanıb. Saatlar 100 metrədək suya davamlıdır və əksparıltı örtüklü sapfir şüşə ilə qorunur.
Funksiyalarına saat, dəqiqə, saniyə və tarix göstəricisi daxildir.
Məhdud sayda buraxılış
Korpusun arxa qapağından mexanizmin işləməsini izləmək mümkündür. Burada həmçinin “Limited Edition” (Məhdud Buraxılış) yazısı həkk olunub.
Kolleksiya cəmi 4999 nüsxə ilə istehsal olunur. Bu isə saatları təkcə dəbli aksessuar deyil, həm də kolleksiyaçılar üçün gələcəkdə dəyəri arta biləcək bir investisiya edir.
Dizayn
Kişi modeli 42 mm diametrli qara relyefli siferblatla təqdim olunur. O, brendin loqosu, həmçinin “Super-LumiNova” örtüklü əqrəblər və indekslərlə bəzədilib.
Qadın modeli isə 34 mm diametrdə, zərif toz çəhrayısı rəngində hazırlanıb. Onun incə xətləri və qum saatını xatırladan silueti xüsusi zəriflik yaradır.
Bu kiçik aksessuar zərif pudra qabını xatırladır. Eyni zamanda dizaynı kosmik mövzulara işarə edir və mühəndislik ideyasının miqyasını vurğulayaraq obraza eleqantlıq qatır.
Kimlər üçün nəzərdə tutulub?
İnterra kolleksiyası inkişaf etməyə, yeni kəşflərə can atan, məqsədyönlü və həvəsli insanlar üçün yaradılıb.
Yer səthinin relyefi vulkanlar, küləklər, buzlaqlar və tektonik proseslərin təsiri ilə formalaşdığı kimi, bu saatların sahibləri də ətraf aləmi dəyişdirməyə və iz qoymağa çalışırlar.
“İnterra Automatic Steel Watch” və İnterra Ladies Automatic Steel Watch” modelləri sahibinin özünəinamını, yüksək statusunu və böyük hədəflərə can atmasını qeyd edir.
QNET Haqqında
QNET – qlobal həyat tərzi və sağlamlıq şirkətidir. Birbaşa satış modeli əsasında fəaliyyət göstərərək insanların daha sağlam və balanslı həyat sürmələrinə kömək edən eksklüziv məhsullar təqdim edir. 1998-ci ildən bəri QNET-in innovativ məhsulları və e-ticarət əsaslı modeli milyonlarla müştəri və mikro-sahibkarı birləşdirib.
Şirkət RYTHM – “Raise Yourself To Help Mankind” missiyası ilə fəaliyyət göstərir. QNET dünyanın bir sıra ölkələrində Birbaşa Satış Assosiasiyasının, həmçinin Honkonq @Health Food Association”, “Health Supplements Industry Association of Singapore” və digər təşkilatların üzvüdür. Şirkət həmçinin qlobal idman sponsorluqlarının tərəfdaşıdır, o cümlədən “Manchester City” Futbol Klubunun və Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi birbaşa satış tərəfdaşıdır. Bu əməkdaşlıqlar QNET-in qlobal miqyasda mükəmməlliyə sadiqliyini nümayiş etdirir.
Daha ətraflı məlumat üçün:





















