image-1backend

Boltondan sensasion açıqlama : Müharibəni başladan Tramp yox, Netanyahudur

image-ads-728x90

ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu uzun illər ərzində ABŞ Prezidenti Donald Tramp administrasiyasını İranda rejim dəyişikliyi həyata keçirməyə məcbur edib.

Korrekt.az xəbər verir ki, Bolton bu fikirləri jurnalist Afşin Rattansi ilə müsahibəsində səsləndirib. Onun sözlərinə görə, həm özü, həm də Netanyahu Vaşinqtonun əsas məqsədinin İranda rejim dəyişikliyi olması fikrini dəfələrlə irəli sürüblər.

Keçmiş müşavir qeyd edib ki, İsrail tərəfi Trampın prezidentlik müddətində İrana qarşı hərbi addımlar atmasını istəyib. Bununla belə, Bolton Trampın konkret hücum qərarının birbaşa İsrailin təsiri ilə verildiyini təsdiqləməyib.

Eyni zamanda Bolton Tramp administrasiyasını İrana qarşı siyasətdə aydın strategiyanın olmamasına görə tənqid edib. O bildirib ki, Tramp “inandırıcı lider” olsa da, İranda rejim dəyişikliyinin zəruriliyini ABŞ ictimaiyyətinə kifayət qədər əsaslandıra bilməyib.

Sərt xarici siyasət mövqeyi ilə tanınan Bolton əlavə edib ki, müharibəni başladan Tramp yox, Netanyahudur. ABŞ İrana qarşı təzyiqləri davam etdirməli və onun fikrincə, Tehran hakimiyyəti daxildən zəifləməkdədir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki