image-media-media-1-3c79l6ji8zyfnv0q5sge-gsbfzxt1mwcha6pj8yn5backend

Bu müharibə region üçün ciddi fəlakət deməkdir- Politoloq

image-ads-728x90

“İsrail və ABŞ-ın İranla mümkün müharibəsi region üçün ciddi fəlakət deməkdir. Münaqişə uzandıqca bölgə ölkələrinin iqtisadiyyatı getdikcə daha böyük risk altına düşür.”

Bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Onun sözlərinə görə, son günlər beynəlxalq daşımalarda yaranan problemlər də vəziyyətin gərginləşdiyini göstərir:
“Artıq Çindən gələn yüklər əvvəlki marşrutlardan fərqli olaraq daha uzaq və alternativ yollarla müştərilərə çatdırılır. Bu isə həm vaxt itkisinə, həm də xərclərin artmasına səbəb olur.”

Politoloq qeyd edib ki, region ölkələrində ərzaq məhsullarının qiymətində sürətli artım müşahidə olunur:

“Ərzaq qiymətlərinin bahalaşması ölkələrin ərzaq təhlükəsizliyinin təhdid altında olduğunu göstərir. Xüsusilə müharibə şəraiti İranın kənd təsərrüfatına ciddi ziyan vurur.”

Arzuman Muradlı vurğulayıb ki, münaqişənin uzanması təkcə İranla məhdudlaşmayacaq:
“Bu prosesin davam etməsi ərəb ölkələrində də sosial-iqtisadi problemlərin yaranmasına gətirib çıxara bilər.”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki