Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) əsaslı struktur və kadr islahatları aparılıb.
Korrekt.az xəbər verir ki, bunu ali məktəbin rektoru, dosent Rüfət Əzizov bildirib.
Onun sözlərinə görə, ADNSU-da 6 kafedra ləğv edilib, digərləri isə yenidən təşkil olunub: “Nəticədə kafedraların sayı 24-dən 18-ə endirilib. 14 kafedraya yeni müdir təyin olunub. Hazırda kafedra müdirlərinin orta yaşı 45-ə yaxındır. Əvvəllər bu 60-dan çox idi”.
Rektor deyib ki, son bir ildə ADNSU-da 30-dan çox gəncə vəzifə verilib. Bundan başqa, ali məktəbə 3 yeni prorektor təyin olunub ki, onların da hamısı gənclərdir. (Ölkə.az)





















