image-1backend

Buşehr Atom Elektrik Stansiyası VURULDU: Sızma varmı?

image-ads-728x90

İranın Buşehr Atom Elektrik Stansiyasının ərazisinə mərmi düşüb, radiasiya sızması qeydə alınmayıb.

Korrekt.az xəbər verir ki, hadisə ilə bağlı İran və Rusiya rəsmiləri bildiriblər ki, Buşehr Atom Elektrik Stansiyası yaxınlığına mərmi düşsə də, heç bir ziyan və radioloji sızma baş verməyib. Məlumata görə, insident İran, İsrail və ABŞ arasında artan gərginlik fonunda qeydə alınıb və nüvə obyektlərinin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.

Rosatom şirkətinin açıqlamasına əsasən, zərbə stansiyanın metrologiya xidməti binasının yaxınlığında baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb və radiasiya səviyyəsi normal həddə qalır. Bildirilir ki, stansiyada təxminən 480 rusiyalı mütəxəssis çalışır və zərurət yaranacağı təqdirdə onların təxliyəsi üçün hazırlıq görülür.

İranın Atom Enerjisi Təşkilatı da obyektə ciddi ziyan dəymədiyini təsdiqləyib. MAQATE isə hadisə ilə bağlı məlumat aldığını bildirsə də, hələlik zərərin müstəqil təsdiqinin aparılmadığını qeyd edib.

Qeyd edək ki, Rusiya layihəsi əsasında inşa olunan Buşehr Atom Elektrik Stansiyası aşağı zənginləşdirilmiş uranla işləyir və təxminən 1000 meqavat elektrik enerjisi istehsal edir. Stansiyanın genişləndirilməsi çərçivəsində hər biri 1000 meqavat gücündə iki yeni reaktorun tikintisi planlaşdırılır.

Mütəxəssislər hazırda radiasiya təhlükəsinin olmadığını bildirsələr də, bu hadisə regionda davam edən qarşıdurma fonunda nüvə obyektləri ilə bağlı risklərin artdığını bir daha göstərir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki