image-1backend

Cəmi 20 dəqiqə sağ qala bilirlər – Rus hərbçiləri ilə bağlı maraqlı məqam

image-ads-728x90

Rusiyanın Ukraynada davam edən müharibədə itkilərinin artdığı iddia olunur.

Xarici KİV-lərin məlumatına görə, cəbhəyə göndərilən yeni rus hərbçilərinin döyüşdə orta ömür müddəti cəmi 20-35 dəqiqə təşkil edir.

Məlumata görə, bu iddia rusiyalı hərbi bloqerlərin qiymətləndirmələrinə əsaslanır. Bildirilir ki, hərbi xidmət müqaviləsinin imzalanmasından əsgərin həlak olmasına qədər olan müddət orta hesabla 10 gün ilə 3 həftə arasında dəyişir.
Ətraflı

Qeyd olunur ki, Rusiya ordusunun yüksək itkilər verməsinin əsas səbəblərindən biri Ukraynanın intensiv şəkildə istifadə etdiyi pilotsuz uçuş aparatlarıdır. İddialara görə, dronlar döyüşlərin gedişinə ciddi təsir göstərərək canlı qüvvə və hərbi texnikaya ağır zərbələr endirir. Həmçinin Ukraynanın Rusiyanın dərinliklərində yerləşən hərbi və enerji obyektlərinə hücumları artırdığı bildirilir. Məlumata əsasən, iyun ayında Moskvanın ən böyük neft emalı zavodlarından birinə endirilən zərbə nəticəsində həmin obyektin gələn ilə qədər fəaliyyət göstərə bilməyəcəyi iddia olunur.

Xəbərdə Rusiyanın yeni hərbçi cəlb etməkdə çətinlik çəkdiyi də vurğulanır. Rəsmi məlumatlara əsasən, ölkə 2025-ci ilin sonunadək birillik müqavilə ilə 420 mindən çox hərbçi cəlb etdiyini açıqlasa da, bu göstəricinin əvvəlki illə müqayisədə təxminən 30 faiz azaldığı bildirilir. Bununla belə, rusiyalı hərbi bloqerlər ölkədə hər gün 800-1000 nəfərin könüllü olaraq ordu sıralarına qoşulduğunu iddia edirlər.

Yazıda Qərb mənbələrinə istinadən Rusiyanın 2022-ci ilin fevralından indiyədək ümumi itkilərinin 1 milyonu keçdiyi ehtimalı da yer alıb. Bildirilir ki, yeni könüllüləri cəlb etmək üçün onlara 80 min dollara qədər birdəfəlik imza bonusu və 140 min dollara qədər borcun silinməsi kimi təşviq paketləri təklif olunur.”AzPolitika.info”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki