image-1backend

Çin İran savaşına qatılır – CBS News kanalından sensasion İDDİA

image-ads-728x90

Çin İranla bağlı mümkün hərbi əməkdaşlıq planları ilə yenidən diqqət mərkəzinə düşüb. CBS News kanalının yaydığı məlumata görə, ABŞ kəşfiyyatı Pekinin İran-ABŞ qarşıdurmasının başlanğıc mərhələsində Tehrana qabaqcıl radar sistemləri tədarük etməyi nəzərdən keçirdiyini iddia edir.

Korrekt.az xəbər verir ki, söhbət xüsusilə X-diapazonlu radar sistemlərindən gedir. Bu texnologiya İranın aşağı hündürlükdə uçan pilotsuz uçuş aparatlarını və qanadlı raketləri daha effektiv aşkar edib izləməsinə imkan verə bilər. Beləliklə, ölkənin hava hücumundan müdafiə sistemlərinin müasir hücumlara qarşı dayanıqlığı əhəmiyyətli dərəcədə arta bilər.

ABŞ rəsmiləri qeyd edirlər ki, Pekinin bu istiqamətdə yekun qərar verib-vermədiyi hələlik məlum deyil. Lakin bu ehtimal Vaşinqtonda narahatlıq yaradır. Belə ki, ABŞ tərəfi hesab edir ki, İranla mümkün münaqişə təkcə regional aktorlarla məhdudlaşmaya bilər və qlobal güclər də dolayı yollarla prosesə cəlb oluna bilər.

Kəşfiyyat məlumatlarında o da vurğulanır ki, Çin birbaşa iştirakını gizlətmək üçün hərbi texnikanı İrana üçüncü ölkələr vasitəsilə ötürməyi nəzərdən keçirə bilər.

ABŞ müdafiə naziri Pit Heqset məsələ ilə bağlı açıqlamasında bildirib ki, Donald Tramp ilə Si Cinpin arasında birbaşa əlaqə mövcuddur və Çin tərəfi belə addımların atılmayacağına dair təminat verib. Qeyd edək ki, Trampın yaxın zamanda Çinə səfəri gözlənilir və o, daha əvvəl Si Cinpinə göndərdiyi məktubda İrana silah verilməməsini xahiş etdiyini açıqlamışdı.

Çinin rəsmi mövqeyi isə iddiaları təkzib edir. Pekinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Penqyu bildirib ki, Çin İran məsələsində “obyektiv və qərəzsiz” mövqe tutur və əsas məqsəd münaqişənin sülh yolu ilə həllinə nail olmaqdır. Çin Xarici İşlər Nazirliyi isə mediada yayılan silah tədarükü xəbərlərini “tamamilə əsassız” adlandırıb.

Eyni zamanda, daha əvvəl Financial Times qəzeti İranın Çinə məxsus kəşfiyyat peykindən istifadə etdiyini iddia etmişdi. Bu peykin Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə qarşı əməliyyatlarda Tehrana üstünlük qazandırdığı bildirilirdi.

Bundan əlavə, ABŞ kəşfiyyatı Rusiya tərəfindən də İrana müəyyən dəstəyin göstərilə biləcəyini qeyd edir. İddialara görə, Moskva Tehrana bölgədəki ABŞ hərbi aktivlərini izləməyə kömək edən məlumatlar ötürə bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki