image-m5vaces7n0u9ypuwbackend

CNN: Pentaqon İrana hücumlar üçün planlar hazırlayıb

image-ads-728x90

CNN-in verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Tramp həftəsonu milli təhlükəsizlik komandası ilə görüş keçirib və görüşdə Vaşinqtonun İrana qarşı mümkün növbəti addımları müzakirə olunub.

Korrekt.az xəbər verir ki, onun sözlərinə görə, görüş Amerika liderinin Virciniyadakı qolf klubunda baş tutub. Görüşdə digərləri ilə yanaşı, vitse-prezident J.D. Vance, dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff və ABŞ administrasiyasının xüsusi elçisi Stiv Uitkoff iştirak edib.

Qeyd olunur ki, Ağ Evin aparat rəhbərinin bu həftənin sonlarında milli təhlükəsizlik qrupunun nümayəndələri ilə yenidən görüşməsi gözlənilir.

CNN qeyd edir ki, Tramp İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək qərarına gələrsə, Pentaqon İrana qarşı bir neçə zərbə planı hazırlayıb. CNN-in yazdığına görə, hədəflər siyahısına İranın enerji və infrastruktur obyektləri də daxildir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki