ABŞ növbəti 24 saat ərzində İrana hücumlarını artırmağa hazırlaşır.
Korrekt.az xəbər verir ki, bu barədə CNN-ə ABŞ-ın yüksək vəzifəli rəsmisi məlumat verib.
Mənbənin kanala verdiyi məlumata görə, ABŞ hücumların birinci mərhələsinin İranın müdafiəsini zəiflətdiyini və növbəti mərhələnin ölkənin raket istehsalı müəssisələrinin, dronlarının və donanmasının məhv edilməsinə yönəldiyini təxmin edir.
O, həmçinin ABŞ-ın raket ehtiyatlarının, xüsusən də Tomahawk quru hücum raketlərinin və SM-3 tutucularının azaldığını bildirib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp İrana qarşı ən güclü zərbələrin hələ qarşıda olduğunu açıqlamış və tezliklə zərbələrin endiriləcəyi barədə xəbərdarlıq etmişdi.





















