İran öz istehsalı olan ağır qırıcı təyyarənin uçuş sınaqlarına 2027-ci ildə başlamağı planlaşdırır.
Korrekt.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Mehrdad Əxlaqi məlumat verib.
Nazir bildirib ki, təyyarənin 2026-cı ildə yerüstü hərəkət sınaqlarından keçirilməsi nəzərdə tutulur.
“Ümid edirəm ki, İran İslam Respublikasının ağır qırıcı təyyarəsi gələn il havaya qalxacaq”, – deyə Əxlaqi qeyd edib.
Nazirin sözlərinə görə, yeni qırıcı tamamilə İranın daxili imkanları hesabına istehsal olunur.
Layihənin uğurla həyata keçirilməsi İranın hərbi aviasiya sahəsində yerli istehsal imkanlarının genişləndirilməsi istiqamətində mühüm addım ola bilər. Bununla belə, təyyarənin texniki xüsusiyyətləri və sınaqların konkret qrafiki barədə əlavə məlumat açıqlanmayıb.





















