image-1backend

Mehdiyevin oğlu atası barədə nə ifadə verdi?

image-ads-728x90

Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində onun ailə üzvləri də şahid qismində dindirilib.

Korrekt.az  gununsesi.info-ya istinadla xəbər verir ki, onun oğlu Timur Mehdiyevin atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəsi bəlli olub.

O bildirib ki, atası bir sıra xəstəliklərdən əziyyət çəkib, yaddaş pozğunluğu var:

“Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur. Nə dediyini, hansı hərəkıt etdiyinin fərqində olmurdu. Ona görə də hər hansı məsələ ilə bağlı konkret məlumatım yoxdur”.

Xatırladaq ki, Ramiz Mehdiyev 3 ağır cinayət üzrə ittiham olunur. Ona Cinayət Məcəlləsinin 278.1-ci — dövlət hakimiyyətini zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274-cü — dövlətə xəyanət və 193-1.3.2-ci — cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (çirkli pulların yuyulma maddələri ilə ittiham olunub.

Sabiq PA rəhbəri hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki