image-1backend

Dünya Çempionatında canlı yayımda qalmaqal: Məşhur türk aparıcı efirdən QOVULDU

image-ads-728x90

2026-cı il futbol üzrə dünya çempionatı çərçivəsində keçirilən İran – Yeni Zelandiya oyunu zamanı canlı yayımda qalmaqallı  hadisə baş verib.

Korrekt.az xəbər verir ki, matçın ilk dəqiqələrində TRT kanalının aparıcısı Murat Ekrem Çimen tərəfindən səsləndirilən şərhlər ciddi qarışıqlığa səbəb olub. Belə ki, aparıcı İran millisinin qurduğu hücumları Yeni Zelandiyanın, Yeni Zelandiyanın hücumlarını isə İranın aktivliyi kimi təqdim edib.

image-1

Bu səhv qısa müddət ərzində ekran qarşısında olan milyonlarla futbol azarkeşinin diqqətini çəkib və sosial mediada geniş müzakirələrə səbəb olub. Baş verən qarışıqlıqdan sonra yayım heyəti tərəfindən operativ qərar qəbul edilərək aparıcı efirdən kənarlaşdırılıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki