image-1backend

Əl-Hədəs: “ABŞ və İran dörd mərhələli razılaşmaya yaxınlaşır”

image-ads-728x90

“Əl-Hədəs” qəzeti xəbər verir ki, ABŞ və İran arasında gərginliyin azaldılmasını nəzərdə tutan dörd mərhələli razılaşma üzrə yaxınlaşma qeydə alınıb.

Korrekt.az xəbər verir ki, hesabata əsasən, plan birinci mərhələdə hərbi gərginliyin dayandırılmasını və regionda yeni cəbhələrin açılmasının qarşısının alınmasını nəzərdə tutur.

İkinci mərhələdə dəniz təhlükəsizliyi məsələləri, o cümlədən Hörmüz boğazında gəmiçilik hərəkətinin bərpası və enerji marşrutlarının qorunması prioritet kimi göstərilir.

Üçüncü mərhələdə iqtisadi etimadın gücləndirilməsi, bəzi sanksiyaların yumşaldılması, dondurulmuş aktivlərin qismən azad edilməsi və neft ixracı imkanlarının genişləndirilməsi ehtimal olunur.

Dördüncü mərhələnin isə daha mürəkkəb olduğu və aylarla davam edə biləcəyi bildirilir. Bu mərhələ İranın nüvə proqramı, uranın zənginləşdirilməsi səviyyəsi, beynəlxalq monitorinq mexanizmləri və regional təhlükəsizlik məsələlərini əhatə edəcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki