image-1backend

ƏMƏK NAZİRLİYİNDƏ 8 MİLYONLUQ YEYİNTİ… – Günahkarlara “töhmət verilib”

image-ads-728x90

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlarda aparılan yoxlamalar nəticəsində 8 milyon manat məbləğində əsassız ödəniş aşkar edilib.

Korrekt.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, daxili nəzarət, audit, inventarlaşma və xidməti araşdırmalar nəticəsində müəyyən edilən vəsaitin bərpası istiqamətində qanunvericiliyə uyğun tədbirlər görülür.

İntizam tədbirləri çərçivəsində 2025-ci ildə 56 əməkdaşa yazılı, 81 əməkdaşa şifahi xəbərdarlıq, 8 əməkdaşa töhmət verilib, 1 əməkdaş isə aşağı vəzifəyə keçirilib.

Vətəndaşların pozulmuş hüquqlarının bərpası ilə bağlı aparılan araşdırmalar nəticəsində isə əlavə olaraq 16 əməkdaşa yazılı, 32 əməkdaşa şifahi xəbərdarlıq, 35 əməkdaşa töhmət, 3 əməkdaşa şiddətli töhmət verilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 8 əməkdaşın əmək müqaviləsinə xitam verilib.

Bundan əlavə, xidməti araşdırmalar zamanı aşkar edilmiş 22 fakt üzrə materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim olunub.“AzPolitika.info”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki