image-1backend

Ən yüksək əmək haqqı olan ölkələr – Azərbaycan necəncidir?

image-ads-728x90

Azərbaycan  orta aylıq əmək haqqına görə region ölkələri arasında dördüncü, dünyanın 101 ölkəsi arasında isə 84-cü yerdədir.

Korrekt.az xəbər verir ki, Numbeo tədqiqat təşkilatının statistikasına görə, vergilərdən sonra Azərbaycanda  orta əmək haqqı 433 dollardır.

Vergilər çıxıldıqdan sonra orta aylıq əmək haqqı belə görünür:

Türkiyə – 1059 dollar (52-ci yer);
Rusiya – 916 dollar (56-cı yer);
Ermənistan – 724 dollar (66-cı yer);
Gürcüstan – 562 dollar (76-cı yer);
Azərbaycan – 433 dollar (84-cü yer).

Bundan əlavə, araşdırılan ölkələr arasında ən yüksək orta əmək haqqı İsveçrədədir – 7564 dollar. Ən aşağı əmək haqqı isə Kubadadır – 37 dollar.

Digər ölkələrlə müqayisədə ən yüksək əmək haqqına malik 5 ölkə:

İsveçrə – 7.564 dollar;
Lüksemburq – 5595 dollar;
Sinqapur – 4394 dollar;
ABŞ – 4328 dollar;
Danimarka – 4263 dollar.

Digər ölkələrlə müqayisədə daha aşağı əmək haqqı olan 5 ölkə:

Kuba – 37 dollar;
Nigeriya – 76 dollar;
Misir – 139 dollar;
Pakistan – 183 dollar;
Nepal – 210 dollar.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki