Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazi Mustafa Kamal Atatürkün vəfatının 87-ci ildönümü münasibətilə Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunda təşkil edilən anma mərasimində iştirak edib. Korrekt.az xəbər verir ki, Ərdoğan burada çıxış edərək, Atatürkü ehtiramla yad edib, Cümhuriyyətin qurucusu və Qurtuluş Döyüşünün rəhbəri olan Qazi Mustafa Kamalın əziz xatirəsinə olan hörməti bir daha vurğulayıb.
Ərdoğan çıxışında Qazi Mustafa Kamal Atatürkün 100 il əvvəl etdiyi müraciəti xatırladaraq, “Bir gün alçaq bədənim mütləq toza dönəcək. Amma Türkiyə Cümhuriyyəti sonsuza qədər dayanacaq” ifadəsinibir daha təkrarlayıb.
“Atatürkün yolunu layiqincə davam etdirmək , Türkiyə Cümhuriyyətini daha da gücləndirmək deməkdir”“, – deyə Ərdoğan bildirib.
Son 23 ildə Türkiyənin böyük nailiyyətlər əldə etdiyini və xüsusilə müdafiə sənayesində xarici asılılığın 80%-dən 20%-ə endirildiyini vurğulayan Ərdoğan, Türkiyənin dünya səhnəsindəki mövqeyinin gücləndiyini, müdafiə sənayesindəki uğurların isə beynəlxalq aləmdə yüksək qiymətləndirildiyini bildirib.
“Biz 783.000 kvadrat kilometrlik ərazidə Türk əsrini qururuq. Qlobal şahmat oyununda Türkiyənin gedişləri artıq bir çox ölkələr tərəfindən qəbul edilir”, – deyə Ərdoğan əlavə edib.



















