Korrekt.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, onun fikrincə, əgər o, hazırda prezident olmasaydı, Ukraynadakı müharibə III Dünya Müharibəsinə çevrilə bilərdi.
“Düşünürəm ki, mən o vaxt prezident olsaydım, bu müharibə heç vaxt başlamazdı. İndi isə əgər prezident olmasaydım, bu münaqişə III Dünya Müharibəsinə gətirib çıxara bilərdi. Bu, bir daha baş verməyəcək. Mən vəzifəyə gələndə dedim ki, ‘bu vəziyyət III Dünya Müharibəsinə səbəb ola bilər’. Amma mən NATO-nu və bütün tərəfləri bir araya gətirdim. Çünki hər kəs məni eşidir. Mən dünyanı idarə edirəm.”, – Tramp noyabrın 10-da Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Dövlət başçısı həmçinin hansı ölkələrə aid olduğunu açıqlamadan, bir sıra münaqişələrə son qoymaq niyyətini bir daha vurğulayıb:
“Unutmayın ki, mən səkkiz müharibəni bitirmişəm və doqquzuncusu da qarşıdadır. Düşünürəm ki, bu müharibədən də keçə bilərəm, amma səkkizini artıq sona çatdırmışam”.



















