Ukrayna Prezidenti Vladimir Zelenski ilə The Guardian jurnalistinin müsahibəsi zamanı Kiyevdəki Mariinski sarayında qəfildən elektrik enerjisi kəsilib və işıqlar sönüb. Korrekt.az xəbər verir ki, müsahibə zamanı, Zelenski və jurnalist Lyuk Hardinq üzbəüz oturarkən otaq qəfildən qararmış və səs keyfiyyəti kəskin şəkildə pisləşmişdi.
Bu hadisəyə gülümsəyərək reaksiya verən Zelenski, “Bax… Bax, həyat belədir,” – deyə bildirib. Elektrik enerjisinin və rabitənin kəsilməsinə baxmayaraq, prezident və jurnalist söhbətə davam etmək qərarına gəliblər. Bir müddət sonra, elektrik enerjisi bərpa olunub və müsahibə yekunlaşmışdır.



















