image-1backend

Həyat yoldaşına görə televiziyaya silahlı hücum etdi – Aparıcı üzr istədi

İstanbulun Ayazığa səmtində BeIN Sports telekanalının binasına silahlı basqın edən şəxs polisə təslim olub.

Korrekt.az xəbər verir ki, hücum edən Kamal S. telekanalın şərhçisi Güntekin Onayın orada mühafizəçi işləyən həyat yoldaşını təhqir etdiyini iddia edib. Silahlı şəxs, şərhçidən üzr istəməsini tələb edib. Aparıcı üzr istədikdən sonra  Kamal S polislərə danışığa başlayıb . Təxminən 30 dəqiqə davam edən danışıqlardan sonra, hücum edən şəxs binadan çıxarılaraq polis bölməsinə aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki