“Ermənistanda hələ də sülh müqaviləsinə qarşı çıxan qüvvələr mövcuddur. Bu qüvvələrin unutduqları bir məsələ var ki, sülh müqaviləsi imzalanmasa, Ermənistanın xilası mümkün olmayacaq.” – bu fikirləri Korrekt.az saytına açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, Ermənistanın iqtisadiyyatı ağır vəziyyətdədir.
“Xilas yolu var. Bu tək çıxış yoludur. Ermənistan sülh müqaviləsini bağlamalıdır. Sülh müqaviləsi imzalanmasa, Türkiyə ilə sərhədlər açılmayacaq və Ermənistan yenə regional layihələrdən kənarda qalacaq. Bunu artıq rəsmi İravanda anlayanlar var. Ermənistanın baş naziri Nikol Paşinyan da açıq şəkildə etiraf etdi ki, ona Azərbaycanla yaxınlaşmaya görə ciddi təzyiqlər var”, – deyə politoloq qeyd edib.
Arzuman Muradlı hesab edir ki, Nikol Paşinyan, bütün təzyiqlərə baxmayaraq, sülh müqaviləsinin bağlanması üçün real addımlar atacaq və bu prosesdə ciddi qərarlar verəcək.




















