Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə 70-dən çox Ukrayna pilotsuz təyyarəsini vurub.
Korrekt.az xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
“Dünən gecə Ukraynaya məxsus 71 təyyarə tipli pilotsuz uçuş aparatı növbətçi hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib və ələ keçirilib”, – hərbi idarənin xülasəsində deyilir.
Qeyd olunur ki, Bryansk vilayəti üzərində 29, Kursk vilayəti üzərində 7, Lipetsk və Smolensk vilayətləri üzərində hər biri 5, Oryol, Tver və Samara vilayətləri üzərində hər biri 4, Krım üzərində hər biri 3, Kaluqa, Rostov və Tula vilayətləri üzərində isə 1 pilotsuz təyyarə vurulub. Qara dəniz üzərində daha 7 pilotsuz təyyarə vurulub.



















