Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” təyyarəsinin göyərtəsində 20 hərbçi olub.
Korrekt.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Qəzaya düşən təyyarənin göyərtəsində ekipaj üzvləri ilə birlikdə 20 hərbçimiz olub. Qəza bölgəsində axtarış-xilasetmə əməliyyatları davam edir”, – məlumatda deyilir.
Gürcüstan mediası Türkiyə təyyarəsinin qəza yerindən görüntülər dərc edilib. Həmçinin təyyarədə olan 10 rütbəli şəxsin siyahısı da yayılıb.

Korrekt.az hadisə yerindən yeni görüntüləri təqdim edir.





















