image-image_750x_6912ef0e33961backend

Tramp hər bir amerikalıya 2000 min dollar VERƏCƏK

image-ads-728x90

ABŞ prezidenti Donald Tramp rüsumlardan əldə edilən gəlirlər hesabına ölkədəki hər bir amerikalıya – ən zəngin təbəqə istisna olmaqla – 2000 dollar ödəməyə söz verib.

Korrekt.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” hesabında məlumat verib. O, paylaşımında yazıb:
“Tariflərə qarşı çıxanlar sadəcə axmaqdırlar. Biz indi dünyanın ən zəngin və ən hörmətli ölkəsiyik. İnflyasiya demək olar ki, sıfıra enib, birjalarda səhmlərin qiymətləri rekord həddə çatıb. ABŞ-a rekord həcmdə investisiyalar yönəlir, ölkənin hər yerində fabrik və zavodlar açılır”.

Prezident həmçinin qeyd edib ki, qarşılıqlı idxal tariflərindən əldə edilən gəlirlər 37 trilyon dollarlıq dövlət borcunun ödənilməsinə imkan yaradır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki