Korrekt.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı böyük lider adlandırıb.
Ağ Evin sosial şəbəkə hesablarında yayımlanan görüntülərdə Tramp Oval kabinetdə jurnalistlərlə söhbəti zamanı bu fikirləri səsləndirib.
Amerika lideri bildirib ki, Ərdoğan çox güclü ordusu olan böyük liderdir və Suriyadakı proseslərə mühüm təsir göstərir.
“Prezident Ərdoğan böyük liderdir və Suriyadakı hadisələrə əhəmiyyətli təsir göstərir”, – Tramp vurğulayıb.
Ağ Ev rəhbəri əlavə edib ki, Vaşinqton Suriyada baş verən hadisələrdə Ankaranın mühüm rolunu dəstəkləyir.
“Mən səkkiz müharibəni bitirmişəm və tezliklə doqquzuncu müharibəni də başa vuracağam”, – ABŞ prezidenti qeyd edib.



















