image-1backend

Ərdoğan : Bütün müsəlman dünyası birləşməlidir

image-ads-728x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlman dünyasında birlik və sülh çağırışı edib.

Korrekt.az xəbər verir ki, o, “Qurani-Kərimin Gözəl Oxunması” müsabiqəsinin mükafatlandırma mərasimində çıxışı zamanı bildirib ki, yaxın gələcəkdə İslam coğrafiyasında sülh mühitinin qurulacağına inanır:

“İnşallah, çox da uzaq olmayan gələcəkdə müsəlmanlar olaraq coğrafiyamızda çiçəklərin açıldığı, üzlərin təbəssümünün və qəlblərin dincliklə dolduğu sülh mühitini birlikdə quracağıq”.

Prezident çıxışında Ramazan ayı  münasibətilə İslam dünyasını təbrik edib, xüsusilə çətin şəraitdə yaşayan insanlara dəstəyini ifadə edib. O, başda Qəzza olmaqla müxtəlif bölgələrdə yaşayan məzlumlara həmrəylik mesajı göndərib.

Ərdoğan vurğulayıb ki, Türkiyə Fələstin, Livan, Sudan, Somali, Yəmən və Arakan kimi bölgələrdə zərər çəkən insanların yanında olmağa davam edəcək.

Türkiyə lideri çıxışında İslam dünyasında mövcud münaqişələrə də diqqət çəkib və bildirib ki, bölgədə müharibələr, böhranlar və humanitar faciələr davam edir. Onun sözlərinə görə, günahsız insanların həyatını itirməsinin qarşısını almaq üçün bütün müsəlman ölkələri birgə səylər göstərməlidir.

Ərdoğan müsəlman ölkələrini birlik və həmrəyliyə çağıraraq qeyd edib ki, fikir ayrılıqları və rəqabət ümumi gücü zəiflədir:
“Əsrlər boyu davam edən mübahisələri kənara qoymalı, bu çətin dövrdə bir-birimizi dəstəkləməliyik”.

Prezident əlavə edib ki, İslam dünyası qarşısında duran çağırışlar fonunda sağlam düşüncə və birlik xüsusi əhəmiyyət kəsb edir. Onun fikrincə, əks halda, keçmişdə yazılmış “təhlükəli ssenarilər” yenidən təkrarlana bilər.

Çıxışının sonunda Ərdoğan bildirib ki, müsəlmanlar birgə səylərlə bölgədə sabitlik və sülhü təmin edə bilərlər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki