Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün iyulun 14-də Qətərə səfər edəcək.
Korrekt.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, səfər Qətərin sabiq əmiri, Dövlət Atası Şeyx Həməd bin Xəlifə Əl Taninin vəfatı ilə əlaqədar həyata keçiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində Qətər rəhbərliyinə və xalqına başsağlığı verəcək.
Xatırladaq ki, uzun müddət müalicə alan Qətərin keçmiş əmiri Şeyx Həməd bin Xəlifə Əl Tani 74 yaşında vəfat edib. O, Dohadakı Lusail qəbiristanlığında dəfn olunub.
Şeyx Həməd bin Xəlifə Əl Taninin vəfatı ilə əlaqədar Qətərdə dörd günlük rəsmi matəm elan edilib.
Qeyd edək ki, Şeyx Həməd bin Xəlifə Əl Tani 1995–2013-cü illərdə Qətərin əmiri olub. O, 2013-cü ildə hakimiyyəti oğlu, hazırkı Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Taniyə təhvil verib.





















