Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kompleksində keçirilən Milli Təhlükəsizlik Konfranslarının açılış mərasimində çıxış edib. Korrekt.az xəbər verir ki, Ərdoğan çıxışına müstəqillik və gələcək uğrunda həyatını itirən şəhidlər üçün dualar oxumaqla və qəhrəman veteranlara minnətdarlığını bildirməklə başlayıb. O, həmçinin ölkə daxilində, sərhədlər boyunca və ondan kənarda fədakarcasına xidmət edən təhlükəsizlik qüvvələrinə təşəkkürünü bildirib.
Ərdoğanın bildirib:” Türkiyə tarixi boyunca strateji baxımdan əhəmiyyətli və çətin bir coğrafiyada mövcud olub.Türkiyə bir çox çətinliklərdən və xəyanətlərdən keçsə də, hər dəfə “feniks kimi” yenidən dirilib və milli təhlükəsizliyini, dövlət müstəqilliyini və gələcəyini yalnız öz gücünə arxalanaraq təmin edib. ”
O, sərhədyanı əməliyyatların Türkiyənin müstəqilliyini təsdiqlədiyini və təhlükəsizlik paradiqmasında yeni dövr açdığını söyləyib. “Türkiyə dost və düşmən olaraq hər kəsə göstərdi ki, başqalarının ssenarilərində rol alan ölkə deyil, öz hekayəsini yazan və bölgədə oyun dəyişdiricisinə çevrilən bir ölkədir”, – deyə Prezident vurğulayıb.





















