Birləşmiş Ərəb Əmirlikləri cümə axşamı İran, Livan və İraqa səyahət qadağası elan etdi.
Korrekt.az xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: “Regiondakı mövcud hadisələri nəzərə alaraq, Xarici İşlər Nazirliyi BƏƏ vətəndaşlarının İran İslam Respublikasına, Livan Respublikasına və İraq Respublikasına səyahətinə qadağa qoyulduğunu elan edir”.
Nazirlik, hökumətin “xaricdəki vətəndaşlarının rifahını izləmək və onların təhlükəsizliyini təmin etmək” öhdəliyini əsas gətirərək, “hazırda həmin ölkələrdə olan” vətəndaşları dərhal oradan çıxmağa və “ən qısa fürsətdə” BƏƏ-yə qayıtmağa çağırıb.





















